“Psixologiyanın dərinlikləri” adlı təlim

Jurnalistika fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr üçün “Psixologiyanın dərinlikləri” adlı təlim keçirilib.
Təlim Sosial-pedaqoji psixologiya kafedrasının müəllimi Çinarə Bayramovanın təqdimatında baş tutub.
Tədbir çərçivəsində iştirakçılara psixologiyanın maraqlı tərəfləri, insanın özünü və ətrafındakıları daha yaxşı anlamasının yolları barədə ətraflı məlumat verilib.
Təlim zamanı tələbələrin fərdi keyfiyyətlərini və mənəvi-psixoloji vəziyyətlərini qiymətləndirmək məqsədilə xüsusi psixoloji testlər keçirilib və nəticələr iştirakçılarla bölüşülüb.
İnteraktiv formada təşkil olunan təlim tələbələrin suallarının cavablandırılması və xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.