BDU-nun Jurnalistika fakültəsində hazırda 500-dən yuxarı bakalavr, 50 nəfərə yaxın magistrant təhsil alır, 10-a yaxın fəlsəfə doktoru, 6 nəfər elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. 1 nəfər xarici ölkə vətəndaşı fəlsəfə doktoru ixtisası üzrə öz təhsillərini davam etdirir. Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır. Fakültə TEC-in fəaliyyətinə aşağıdakılar daxildir: Fakültə TEC-in işi gücləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi konfranslarda məruzələri dinlənilir. Ali məktəblərarası fənn olimpiadalarına hazırlıq məqsədilə məşğələlər təşkil olunur. Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr cəmiyyət sıralarına qəbul olunurlar. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun elmi-tədqiqat işi aparmaq üçün uyğun kafedralara yönləndirilirlər. Hazırda cəmiyyətin 100 nəfərdən çox üzvi var, onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir. |
TEC dekanlığa yaxından köməklik göstərir. Ümumi respublika olimpiadasına hazırlıq məqsədi ilə fakültə dekanlığı tərəfindən məşğələlər təşkil olunmuşdur. Tələbə Elmi Cəmiyyəti də tələbə qurumu olaraq tələbələrin bu məşğələlərdə fəal iştirakını təmin edir.
Fakültə Tələbə Elmi Cəmiyyətinin heyəti:
Sədr Abbasova Günel Qalib qızı
Katib İsmayılov Əsgər Əbdüləli oğlu
İdarə heyəti
- Paşayeva Lalə Namiq
- Cəbrayılzadə Nurlan İlham
- Əmiraslanlı Həcər Razim
- Əliyev Ataməli İmran
- Rzayev İbrahim Ehtibar
Tələbə Elmi Cəmiyyəti Jurnalistika fakültəsi tələbələri üçün qoşulma linki : Keçid linki