Elmi nailiyyətlər

Elmin və texnologiyanın müxtəlif sahələri günü-gündən inkişaf edir. Humanitar elmlər sahəsində baş verən tərəqqi və yeniliklər isə daha sürətli və çoxşaxəlidir. Jurnalistika fakültəsində təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliyə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində  kadr hazırlığı həyata kecirilir.

Fakültədə elmi tədqiqatların əsas istiqamətləri müasir dövr Azərbaycan jurnalistikasının sənətkarlıq problemləri, XXI əsrdə televiziya və radiojurnalistikası: meyllər, perspektivlər, Azərbaycan jurnalistikası tarixinin problemləri və beynəlxalq jurnalistikanın aktual problemlərindən ibarətdir.

Jurnalistika fakültəsinin əməkdaşları geniş profildə elmi fəaliyyət göstərir, müxtəlif müsabiqə və layihələrin iştirakcıları və qalibləri olublar. Eyni zamanda əməkdaşların beynəlxalq elmmetrik bazalarda indekslənmiş jurnallarda məqalələri, beynəlxalq səviyyəli elmi konfranslarda məruzələri dərc olunur.

 

 

 

 

         

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət