Tələbə Həmkarlar İttifaqı Komitəsi

Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkib hissəsi kimi bakalavr, magistr və doktorant kollektivini özündə birləşdirən, dövlət qeydiyatından keçmiş ictimai tələbə təşkilatıdir. Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı öz təşkilati fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdur: fikirlərin ümumiliyi və hüquqların bərabərliyi; təşkilatın hər bir üzvünün fikirinə hörmət; ilk təşkilatların özünüidarəetmədə müstəqilliyi və s. Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı eyni zamanda fakültənin idarə olun-ma¬sında yaxından iştirak edir. Belə ki, təşkilatın sədri  Fakültə Elmi Şurasının tam hüquqlu üzvüdür. Fakültədə  tələbələrlə bağlı bütün məsələlərdə təşki¬la¬tın¬ rəyi nəzərə alınır.
Tələbə Həmkarlar Təşkilatına qəbul olmaq çox sadədir. Təşkilatın əsasnaməsini qəbul edən BDU-nun hər bir tələbəsi BDU ATHİK-nin üzvü ola bilər. Təşkilatın üzvü aşağıdakı hüquqlara malikdir: təşkilatın rəhbər orqanlarını seçmək və seçilmək; təşki-latın fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək; təşkilatın müdafiəsində istifadə etmək; təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək; təşkilata üzlüyünü dayandırmaq və təşkilatdan çıxmaq. Təşkilatın üzvləri əsəsnamənin müddəalarına əməl etməyə və rəhbər orqanların qərarlarını yerinə yetirməyə borcludurlar. Əks təqdirdə, onlar idarə heyəti və ya yerli təşkilatlar tərəfindın təşkilata üzvlükdən azad oluna bilərlər.
Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı  imtahan sessiyalarının gedi¬şin-də yaxından iştirak edir.
Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatının ən mühüm fəaliyyəti odur ki, gündəlik qayğılarına qapanıb qalan istedadlı tələbəni gündəmə gətirir, onu ictimai fəaliyyətə cəlb edir. Həmin tələbəni mühüm elmi-ictimai bacarıq vərdişlərinə yiyələn-dirən təşkilat onu universitetin ən ali müstəvisinə qədər aktuallaşdırır.
Təşkilat tələbələrin sosial məsələləri ilə yaxından məşğul olmaqla bərabər, həm də onların asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif elmi, ədəbi-bədii tədbirlər təşkil edir.
Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı tələbələr arasında əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsipinə əməl edilməsi, tələbələrin hüquq¬ları-nın qorunması, müəllimlərlə tələbələr arasında münasibətlərin tənzimlənməsi və s. istiqamətlərdə də işlər görür.

Bakı Dövlət Universiteti Jurnalistika Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə aşağıdakılar aiddir:

  1. Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması.
  2. Tələbələr arasında maarifləndirmə işinin aparılması
  3. Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi
  4. Tələbələrin hüquqlarının təmin edilməsi
  5. Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, disskusiya klublarının, müzakirələrin, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
  6. Tələbələrin maraq və meyllərini, intektual inkişafını təmin etmək üçün dərnəklərin, klubların, kursların, xidtəmlərin təşkil edilməsi;
  7. Tələbə Həmkarlar İttifaqı Komitəsi imtahan sessiyalarının gedişində yaxından iştirak edir.

Jurnalistika Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri:

Bağırzadə Emil Baba oğlu

Sədrin müavinləri:

  1. İbrahimli Fidan Faiq qızı
  2. Bağırova Sevinc Qahir qızı
  3. Nağızadə Emil Vidadi oğlu
  4. Qasımov Məhəmməd Rövşən oğlu

Qoşulmaq üçün link: daxil ol

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət