BDU-nun Jurnalistika fakültəsinin Həmkarlar təşkilatının təşəkkülünün tarixi 1969-cu ildə, yəni fakültənin yaranması ilə təxminən eyni dövrə təsadüf edir.
Təşkilat Jurnalistika fakültəsinin əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini həyata keçirən bir təşkilat kimi, onun xidmətləri daha aydın nəzərə çarpır və BDU-nun ictimai-siyasi həyatında çox fəal iştirak edir. Xüsusi qeyd etmək lazımdır ki, universitet və fakültə həyatında baş verən bir çox mühüm hadisələri - o cümlədən yeni il şənlikləri, yubiley mərasimləri, bilik günləri, məzun günləri, iməciliklər, jurnalistlərin müsabiqələri, müxtəlif idman yarışları və BDU HİK-in təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdə fəal iştirak edir. Fakültə əməkdaşlarının xahişi ilə ölkəmizin görməli yerlərinə, muzey və tarixi məkanlara, o cümlədən Azərbaycandakı müqəddəs ziyarətgahlara ekskursiyalar təşkil edilir. Dekanlıq və kafedralarla müəllimlərin yubileyləri, jurnalistlərlə görüşləri həyata keçirilir.
Müntəzəm olaraq, BDU-nun Qubadakı “Tədris və İstirahət mərkəzi”nə müəllim-tələbə heyəti üçün səfərlər təşkil edilir.
Jurnalistika fakültəsinin Həmkarlar təşkilatı 2018-2019-cu illərdə 30 müəllim-tələbə heyətinin xaricdə müxtəlif beynəlxalq tədbirlərdə iştirakını təmin edib.
BDU-nun Jurnalistika fakültəsinin Həmkarlar təşkilatına Zaur Babayev sədrlik edir.