"Müstəqillik dövrü Axərbaycan mətbuatının əsas mövzu dairəsi" mövzusunda elmi seminar
-lg.jpg)
Milli mətbuat tarixi kafedrasının müəllimi Günay Məmmədovanın “Müstəqillik dövrü Axərbaycan mətbuatının əsas mövzu dairəsi” mövzusunda elmi seminarı keçirilib.
Seminarda Azərbaycan jurnalistikasının yeni mərhələsi hesab edilən müstəqillik dövrü mətbuatı haqqında məlumat verilib.
Elmi seminarda fakültənin professor-müəllim heyəti iştirak edib.
Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxış edərək elmi seminarın mövzusunun aktuallığından danışıb.
G.Məmmədova milli azadlıq mübarizəsinin yayılmasında, Qarabağ müharibəsi haqqında ictimaiyyətin məlumatlanmasında, milli şüurun oyanışında həmin dövr mətbuatının rolunu xüsusi vurğulayıb.
Məruzələrdə mətbuatın sovet dönəmindəki vəziyyəti və müstəqillik dövründəki istiqamətləri ətraflı şəkildə təhlil edilib.
Elmi seminar müstəqillik dövründə demokratik dövlət uğrunda mübarizənin aparıcı qüvvələrindən olan ayrı-ayrı qəzetlərin fəaliyyətinin Azərbaycan tarixindəki önəmli yerinin yenidən qiymətləndirilməsinə və daha geniş araşdırılmasına zəmin yaradıb.