Tələbələr Milli Musiqi Gününə həsr olunan tədbirdə iştirak ediblər

18 sentyabr – Milli Musiqi Günü münasibətilə Jurnalistika fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbiri izləyiblər.
Tədbir zamanı iştirakçılara Azərbaycan musiqisinin zəngin tarixi və milli mədəniyyətimizin formalaşmasında musiqinin rolu barədə məlumat verilib. Proqram çərçivəsində Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələrinin əsərləri səsləndirilib, iştirakçılar musiqi sənətinin müxtəlif nümunələri ilə tanış olublar.
BDU Jurnalistika fakültəsi TGT üzvləri tədbiri izləyərək Milli Musiqi Gününün əhəmiyyətini bir daha yaxından dərk etmək, milli musiqi irsinin təbliği və gənclər arasında mədəni dəyərlərə marağın artırılması baxımından bu cür tədbirlərdə iştirak ediblər.
Qeyd edək ki, 18 sentyabr Azərbaycan professional musiqisinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.