“Multimedia jurnalistikasına inteqrasiya dövründə xəbər agentliklərinin iş prinsipləri” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Multimedia jurnalistikasına inteqrasiya dövründə xəbər agentliklərinin iş prinsipləri” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə fakültənin dekanı Vüqar Əliyev açaraq doktorant və professor, müəllim heyətini salamlayıb. Hamıya elm yolunda uğurlar arzulayan dekan seminarın moderatorluğunu elm işlər üzrə dekan müavini Sevinc Əliyevaya həvalə etdi. Sevinc Əliyeva “Multimedia və elektron kommunikasiya” kafedrasının doktorantı Vüsal Məmmədli haqqında qısa arayış verərək bildirdi ki, doktorant ən fəal iddiaçılardandı, praktik jurnalistdi. Onun təqdim edəcəyi məruzədə “Anadolu Agentliyi”nin multimedia jurnalistikasına inteqrasiya prosesində fəaliyyətini tənzimləmə formaları, yayım platformaları, xüsusilə, abunələr üçün nəzərdə tutulan HAS-da (Haber Akış Sistemi) yayımın həyata keçirilmə prinsipləri əksini tapıb. Bildiyimiz kimi, multimedianın jurnalistikada fərqli formalarda təzahürü, kontent istehsalı və yayımı prosesində meydana gələn yeni forma və üslublar xəbər agentliklərinin də iş prinsipinə təsirsiz ötüşməyib. Bu gün xəbər agentlikləri öz fəaliyyətlərini müasir tendensiyalara uyğunlaşdırmağa çalışırlar. Bu prosesdə multimedianın ön plana çıxdığını görürük. Türkiyənin “Anadolu Agentliyi” də öz fəaliyyətində müasir tələbləri nəzərə alıb. Bu baxımdan Vüsal Məmmədlinin üzərində araşdırma apardığı dissertasiya işinin mövzusu da çox aktualdır.
Doktorantın çıxışından sonra iddiaçının elmi rəhbəri professor Qulu Məhərrəmli doktorantın elmi məruzəsi haqqında müsbət rəy bildirdi və qeyd etdi ki, dissertasiya işinin təqribən 80 faizi hazırdı, xaricdə və respublikamızda nəşr olunan elmi məcmuələrdə də məqalələri çap edilib. Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Aynur Nəsirova da söz alaraq məruzə barədə müsbət fikir söylədi və iddiaçıya bir sıra təkliflər verdi. Fakültənin doktornt və dissertantları da seminarı maraqla izlədilər və onları maraqlandıran suaları verdilər. Sonda Multimedia və lektron kafedrasının müdiri, professor Allahverdi Məmmədli fakültənin dekanı Vüqar Əliyev başda olmaqla, doktorantın elmi rəhbəri Qulu Məhərrəmliyə, doktoranta, təşkilatçılara təşəkkürünü bildirərək söylədi ki, bu cür elmi seminarların vaxtaşırı keçirilməsi həm vacibdi, həm də faydalıdı.Elmin keşməkeşli younda hamıya uğurlar arzulayan professor seminarın təşkili və keçirilməsindən məmnun olduğunu bildirdi.