Doktorant Şahnaz Abdullayevanın dissertasiya işinin yekun müzakirəsi keçirilib
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Şahnaz Abdullayevanın “Azərbaycan Respublikasının beynəlxalq informasiya mübadiləsində iştirakı prosesində AZƏRTAC-ın rolu” mövzusunda dissertasiya işinin yekun müzakirəsi keçirilib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru, siyasi elmlər doktoru Sabir Məmmədlinin sədrliyi ilə keçən iclasda fakültənin müəllimləri, doktorantları iştirak ediblər. Dissertasiya ilə bağlı çıxış edənlər təklif və iradlarını səsləndiriblər. Doktorantın elmi rəhbəri Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, rəyçilər filologiya elmləri doktoru Qərənfil Quliyeva, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosentləri Pərvanə İbrahimova, Vəfa İsgəndərova rəylərini səsləndiriblər. Dissertasiya işi müzakirə olunub, doktorant Şahnaz Abdullayeva sualları cavablandırıb. Sonda səsvermə keçirilib. Dissertasiya işinin müdafiəyə təqdim edilməsi yekdilliklə qəbul olunub.