Jurnalistika fakültəsinin müəllimləri təltif edildi
22 İyul 2020 13:48

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Əliyev Vüqar Zifər oğlu “Əməkdar Jurnalist”, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Rüstəmov Akif Rüstəm oğlu və Milli mətbuat tarixi kafedrasını dosenti Mehdiyev Məhəmmədismayıl Əşrəf oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Təbrik edir, uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
19.11.2026 | 15:59
"Füyuzat" jurnalının 120 illik yubileyinə həsr olunmuş kvest oyunu
18.11.2026 | 10:03
Jurnalistika fakültəsinin tələbələri “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda təlim proqramında iştirak ediblər
17.11.2026 | 13:22
Ceyhun Hacıbəylinin irsinə həsr olunan mühazirə keçirilib
13.11.2026 | 12:34
"Xarici ölkələrin jurnalistika tarixi" mövzusunda açıq dərs
12.11.2026 | 16:09