Ceyhun Hacıbəylinin irsinə həsr olunan mühazirə keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Görkəmli Azərbaycan publisistləri” fənni çərçivəsində “Ceyhun Hacıbəyli irsi” mövzusunda mühazirə təşkil olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Abid Tahirli mühazirə oxuyub.
Görüş zamanı professor Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı, publisistik fəaliyyəti, mühacirət dövrü, eləcə də Azərbaycan ədəbiyyatına və milli-mədəni irsimizə verdiyi töhfələr barədə tələbələrə ətraflı məlumat verib.
Mühazirənin sonunda tələbələr mövzu ətrafında suallar ünvanlayıb, professorla fikir mübadiləsi aparıblar. Abid Tahirli müzakirədə fəallığı və maraqlı sualları ilə seçilən tələbələrə öz kitablarını hədiyyə edib.