“Bir əsrin səsi” layihəsinə start verilib
-lg.jpg)
“BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə “Bir əsrin səsi” layihəsinə start verilib.
Tədbiri Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova açıq elan edib. O, qonaq Rəhman Rəsulovun radio sahəsindəki fəaliyyəti və peşəkar təcrübəsinin əhəmiyyəti barədə danışıb.
Daha sonra Rəhman Rəsulov çıxış edərək radio jurnalistikasının özünəməxsus xüsusiyyətləri, bu sahənin çətinlikləri və maraqlı tərəfləri haqqında fikirlərini bölüşüb. O, radio sahəsində fəaliyyət göstərərkən qarşılaşdığı təcrübələrdən bəhs edib, tələbələrə radio jurnalistikasının incəlikləri barədə ətraflı məlumat verib.
Rəsmi hissədən sonra tədbir interaktiv müzakirə formatında davam edib. Qonaq tələbələrlə öz peşəkar təcrübəsini bölüşüb, radio sahəsində uğur qazanmağın yolları, jurnalistin üzərinə düşən məsuliyyət və peşəkar fəaliyyətin xüsusiyyətləri barədə danışıb.
Görüşün sonunda telebelerin suallari cavablandirilib.