“Yeni mediada saxta xəbərlər (fake news) fenomeni, effektiv fakt yoxlama metodları və vasitələri” mövzusunda elmi seminar
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Akif Babayevin “Yeni mediada saxta xəbərlər (fake news) fenomeni, effektiv fakt yoxlama metodları və vasitələri” mövzusunda elmi seminarı keçirilib. Seminarda fakt-çek platformalarının iş prinsipi barədə ətraflı izahat verilib.
Seminar iştirakçılarına effektiv fakt-çeking metodları və alətlərini analiz etmək haqqında ətraflı məlumat verilib, saxta xəbərlərin gələcəyi, “saxta xəbərlər cəmiyyəti” nəzəriyyəsi və bu haqda mütəxəssislərin fikir və tövsiyələri səsləndirilib.
A.Babayev saxta xəbərlər ilə bağlı ətraflı izahat verdikdən sonra, yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsinin olduqca təhlükəli olduğunu bildirib, günümüzdə əksər hallarda yanlış xəbərlərin siyasi kampaniyalar üçün alət kimi istifadə edildiyini qeyd edib. Elmi seminarda yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükə daşıdığı barədə ətraflı müzakirə aparılıb. Dezinformasiyanın anlayışı və İnternet məkanında əhəmiyyəti və fəsadları müəyyənləşdirib, araşdırmada yerli və beynəlxalq mediaməkanında saxta xəbərlərin təhlükəsi analiz edilib.
Seminar interaktiv formada davam edib. Tədbir iştirakçılarının sualları cavablandırılıb.