YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!
Bu gün çərşənbələrin üçüncüsü Yel çərşənbəsidir. Bu çərşənbədə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınır. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Üçüncü çərşənbə bəzi bölgələrdə, xüsusən də Azərbaycanın qərb rayonlarında Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad edilər.
Yel çәrşәnbәsindә әsәn külәklәr bir gün әrzindә bir neçә dәfә istiqamәtini dәyişir. Hәtta külәklәrin durmadan isti vә soyuq olmasına da rast gәlmәk mümkündür. Bu da әvvәlki çәrşәnbә olan Od çәrşәnbәsindә qeyd etdiyimiz Boz ayla әlaqәdar olaraq formalaşır. Bu çәrşәnbә dә digәrlәrindә olduğu kimi hamının qapısında, hәyәtindә tonqallar qalanır. Eyni ilә digәr çәrşәnbәlәrdә olduğu kimi yenә insanlar bu tonqalların üzәrindәn tullanır.