Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir
BDU THIK və Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu Xocalı faciəsi, soydaşlarımızın başına gətirilən dəhşətli hadisələr haqqında danışıb. Sonra söz Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Esmira Rövşənovaya verilib. E.Rövşənova Xocalıda baş verən qətliamdan bəhs edib, qadınların, uşaqların, qocaların vəhşicəsinə qətlə yetirilməsini insanlıq əleyhinə cinayət olduğunu bildirib. O, dünya ictimaiyyətinin bu soyqırımı qarşısında səssiz qalmasını ikili standartların təzahürü kimi qeyd edib.
Daha sonra söz alan THİK sədri Hacıbaba Mustafayev Xocalı faciəsini erməni millətçi-terrorçuları tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı kimi xarakterizə edib və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Sonra isə Jurnalistika fakültəsinin 1-ci kurs tələbələri Orxan Qayıbov, Nəzrin Gəncəliyeva, Ələkbər Mansurlu, Ziyafət Əliyev, Aminə Nəzərli çıxış edərək faciə ilə bağlı təəssüratlarını bölüşüblər.