Xarici doktorant Yanq Xuenin elmi seminarı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Yanq Xuenin “Media təhsil sahəsində Çin-Azərbaycan əməkdaşlığı: Pekin Xarici Tədqiqatlar Universitetinin (BFSU) nümunəsi əsasında” mövzusunda elmi seminarı keçirilib.
Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
Kafedra müdiri, dosent Xatirə Hüseynova bildirib ki, Yanq Xue Çin və Azərbaycan arasında dil təhsili, akademik mübadilə və media əməkdaşlığını 2015-ci ildən 2025-ci ilə qədər sistemli şəkildə araşdırıb.
Elmi seminarda Çinin xarici dil təhsili üzrə aparıcı qurumu kimi Pekin Xarici Tədqiqatlar Universiteti Çin və Azərbaycan arasında media təhsili əməkdaşlığındakı əvəzsiz rolundan bəhs edilib. Həmçinin, BFSU-nun iki ölkə arasında gələcək media təhsili əməkdaşlığı üçün “Kəmər və Yol” təşəbbüsü Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq kontekstində təsirləri və əhəmiyyətinin araşdırılacağı qeyd olunub.
İnteraktiv şəkildə keçən elmi seminarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.