Xalq qəzetinin baş redaktorunun müavini Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb
-lg.jpg)
"Xalq qəzeti"nin baş redaktorunun müavini Tahir Aydınoğlu "KİV-in dili və redaktənin əsasları" fənni çərçivəsində 3-cü kurs tələbələrinə ustad dərsi keçib.
Fənn müəllimi Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva qonağı tələbələrə təqdim edib.
Görüşdə Azərbaycan mətbuatının yarandığı gündən bu günə qədər keçdiyi yol, onun tarixi və mətbuatla bağlı bir sıra müzakirələr aparılıb, həmçinin tələbələrə qəzet üzərində nümunələr göstərilərək qəzetin necə redaktə olunması və redaktənin əsasları ilə bağlı vacib məqamlar çatdırılıb.
Sonda baş redaktor müavini tələbələrin redaktə və onun əsasları ilə bağlı suallarını cavablamış və ümumi fikir mübadiləsi aparılıb.