Videomontaj təlimlərinə start verilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında videomontaj təlimlərinə start verilib.
Əvvəlcə tələbələri salamlayan studiyanın rəhbəri Ramin Rzayev onlara təlimlərin keçirilmə məqsədləri barədə məlumat verib və hər birinə uğurlar arzulayıb.
Təlimçi, studiyanın video-montajçısı Sərdar Əsədzadə tələbə-jurnalistləri montaj proqramları haqqında məlumatlandırıb, “Adobe Premier” proqramında işləməyin yollarını izah edib.
Sonda praktik iş aparılıb və tələbələrə müvafiq tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, təlimlərin keçirilməsində əsas məqsəd tələbəbələrin praktik bilgilərini artırmaq və peşə vərdişlərini formalaşdırmaqdır.