Ustad dərsi keçirilib
Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu “Azərbaycan mətbuatında gizli nəşrlər” mövzusunda ustad dərsi keçib.
O, çıxışında bu günə qədər Azərbaycanda qadağan edilmiş kitablar, qəzetlər, jurnallar və digər nəşr nümunələrindən bəhs edib, onlarla bağlı əsaslı və elmi tədqiqat meyarından araşdırmaların olmamasını diqqətə çatdırıb. Gizli və “samizdat” nəşrlərlə bağlı ciddi araşdırmaların Azərbaycan Milli Azadlıq Hərəkatı tarixinin əsasını təşkil etməsindən danışıb.
Ustad dərsində kafedra müdiri professor Cahangir Məmmədli, kafedranın müəllimləri və fakültənin 3-cü kurs Azərbaycan bölməsinin tələbələri iştirak ediblər.
Sonda professor Nəsiman Yaqublu tələbələrin çoxsaylı suallarını cavablandırıb.