“Ümumdünya irsi abidələrinin qorunması sahəsində Azərbaycan və UNESCO-nun əməkdaşlığı” mövzusunda elmi seminar
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Leyla Muradzadənin “Ümumdünya irsi abidələrinin qorunması sahəsində Azərbaycan və UNESCO-nun əməkdaşlığı” mövzusunda elmi seminar
Azərbaycan 1993-cü ildə UNESCO-nun üzv olub. Bu illər ərzində iki təşkilat arasında sıx və qarşılıqlı münasibətlər inkişaf etmişdir. UNESCO Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edir.
Lakin qeyd etmək lazımdır ki, Azərbaycana münasibətdə UNESCO tərəfindən ikili standartlar özünü göstərir. Belə ki, 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı UNESCO Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin məhv edilməsinin qarşısını almaq üçün heç bir tədbir görməyib. Bir neçə müddət əvvəl UNESCO Azərbaycanın Qarabağ bölgəsinə səfər etmək üçün müraciət edib. Rəsmi Bakı UNESCO-nun faktaraşdırıcı missiyasının erməni işğalı zamanı mədəni irsin məhv edilməsini sənədləşdirmək üçün onlara Ağdamdan keçərək Xankəndiyə getmişini təklif edib. Lakin UNESCO bu təklifdən imtina edərək Xankəndinə yalnız bu şəhərdəki abidələrin vəziyyətini qiymətləndirmək üçün getmək istədiyini bildirdi. Həmçinin Azərbaycan dəfələrlə UNESCO-ya Ermənistandakı Azərbaycan abidələrinin vəziyyətini izləmək üçün bu ölkəyə missiya göndərilməsini xahiş edib. Amma Ermənistan tərəfi razılaşmadığı üçün bu missiya hələ də reallaşmayıb.
Bütün bunlar onu deməyə əsas verir ki, UNESCO-nun Azərbaycana qarşı mövqeyi məyusluq və inamsızlıq yaradır, təşkilatın qərəzsizliyini və obyektivliyini şübhə altına alır.