TGT-nin təşkilatçılığı ilə tələbələr Şamaxıya səfər ediblər

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr üçün Şamaxıya tur təşkil olunub. Səfərin məqsədi tələbələrin asudə vaxtını səmərəli keçirməsi, bir-biri ilə daha yaxından ünsiyyət qurması
olub.
Tur çərçivəsində tələbələr N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına yollanıblar. Burada onlar rəsədxananın fəaliyyəti və tarixi barədə ətraflı məlumat əldə ediblər, elmi mühitlə yaxından tanış olublar. Tələbələrə astronomiya sahəsində aparılan tədqiqatlar
və rəsədxananın ölkə elminə verdiyi töhfələr haqqında maarifləndirici izahlar verilib.
Daha sonra iştirakçılar təbiət qoynunda piknik ediblər. Açıq havada təşkil olunan piknik zamanı tələbələr müxtəlif əyləncəli oyunlar oynayıb, musiqi sədaları altında mahnı oxuyaraq xoş və səmimi vaxt keçiriblər.