Tələbənin moderatorluğu ilə Anım tədbiri keçirilib
27 sentyabr - Anım Günündə Nizami Rayon İcra Hakmiyyəti və Missiya Media Qrupunun birgə dəstəyi ilə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə inşa olunan abidə kompleksinin açılışı olub.
Tədbiri giriş sözü ilə (BDU) Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Ələkbər Saleh açıb.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Vətən müharibəsi qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov, qazi Kamil Duniyev, Missiya Media qrupunun baş redaktoru Nicat Dağlar və başqaları çıxış ediblər.
Çıxışlardan sonra şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib.
Sonra rayon ictimaiyyəti adından abidə kompleksi önünə əklillər və gül dəstələri qoyulub.
Sonda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.