Tələbələr "Genetika və təkamül" muzeyində
26 Sentyabr 2023 16:42

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən "Universitetimizi tanıyaq" layihəsi çərçivəsində "Genetika və təkamül" muzeyində olub.
Muzeydə tələbələrə eksponatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ziyarətçilər təkamül prosesini 2461 eksponatdan ibarət əyani vəsait əsasında izləyə bilirlər. Paleozoy, mezozoy, kaynozoy eralarına dair toplanmış eksponatlar muzeydə onların tarixi inkişafına uyğun olaraq ardıcıllıqla yerləşdirilib.
Tələbələr həmçinin Azərbaycanın faunasını əks etdirən ekspozisiyalarla da tanış olublar.
Son XƏBƏRLƏR
15.09.2026 | 13:55
Jurnalistika fakültəsinin 1-ci kursları ilə görüş
14.09.2026 | 13:52
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib
17.07.2026 | 13:01
“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
08.07.2026 | 14:22
“İctimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq
07.07.2026 | 12:51