Tələbələr “Siyasi repressiya qurbanları” muzeyini ziyarət ediblər

Jurnalistika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr “Siyasi repressiya qurbanları” muzeyini ziyarət ediblər.
Ziyarət çərçivəsində onlar keçmişin ağır izləri ilə tanış olub, SSRİ dövründə törədilən cinayətlər, repressiyalara məruz qalan insanların yaşadığı acı və iztirablar haqqında ətraflı məlumat əldə ediblər. Həmçinin tələbələr repressiyaya məruz qalan insanların son əşyaları ilə tanış olaraq onları yad ediblər.
Muzey ilə tanışlıq zamanı tələbələr müxtəlif eksponatlar, arxiv materialları, sənədlər və fotolar vasitəsilə repressiya illərinin reallıqlarını görüblər. Qeyd olunub ki, muzeyin yerləşdiyi məkan vaxtilə repressiya dövründə istifadə olunan həbsxananın özü olub və burada insanlar saxlanılaraq işgəncələrə məruz qalıb, edam edilib. Bu səbəbdən ziyarət tələbələr üçün daha təsirli olub.