Tələbə Həsən Paşayev Minskdə keçirilən tədbirdə iştirak edib
28 Noyabr 2023 10:34
-lg.jpg)
Minsk şəhərində Azərbaycan Gəncləri Günü keçirilib.
Tədbir iki ölkənin gənclər mərkəzi arasında əməkdaşlıq müqaviləsinin imzalanması ilə başlayıb.
İdman və Gənclər Nazirliyinin vasitəçiliyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyini Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Həsən Paşayev təmsil edib. O, “Vətəndaş Cəmiyyətində Debat” təşkilatı haqqında ətraflı məlumat verib, o cümlədən həyata keçirilən və gələcəkdə planlaşdırılan layihələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra qonaqlar Minskin görməli yerləri ilə tanış olub, eləcə də müxtəlif mədəni, sosial və sənaye obyektlərini ziyarət etmək imkanı əldə ediblər.
Son XƏBƏRLƏR
05.06.2026 | 12:01
Jurnalistika fakültəsinin dekan müavini Türkmənistanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib
04.06.2026 | 14:06
Jurnalistika fakültəsinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
02.06.2026 | 11:49