TEC-in növbəti elmi seminarı keçirilib
Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan fakültə TEC-in elmi rəhbəri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova elmi seminarın mövzusu və məruzəçisi ilə bağlı iştirakçıları məlumatlandırıb.
Fakültənin ingilis bölməsində təhsil alan üçüncü kurs tələbəsi Nəzrin Beydiyeva “Müasir dövrdə araşdırma jurnalistikasının problemləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi araşdırma jurnalistikasının yaranma tarixi, inkişaf meylləri, eyni zamanda müasir dövrdə jurnalistlər üçün yaranmış əsas problemlərdən bəhs edib.
Daha sonra Jurnalistika fakültəsi TEC sədri Ruhiyyə Balakişiyeva çıxış edərək növbəti tədris ilində fakültə TEC-in təşkilatçılığı ilə fərqli formatda elmi seminarlar, debatlar, simpoziumlar və digər tədbirlərin davam edəcəyini vurğulayıb.
TEC idarə heyətinin üzvləri tələbələrə uğurlar arzu edib, onları TEC-in tədbirlərində aktiv olmağa səsləyiblər.
Sonda tələbələrin sualları əsasında maraqlı diskussiya aparılıb.