“Sosial medianın ictimai rəyin formalaşmasına təsiri” mövzusunda elmi seminar

Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərovanın “Sosial medianın ictimai rəyin formalaşmasına təsiri” mövzusunda elmi seminarı keçirilib.
Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib. Kafedra müdiri, dosent Xatirə Hüseynova bildirib ki, Anzulə Cəfərova sosial media platformalarının informasiya axınına, auditoriya davranışına və ictimai fikrin yönləndirilməsinə təsirini ətraflı araşdırıb.
Eyni zamanda saxta məlumatların yayılması, “filter bubble” və “echo chamber” kimi anlayışların cəmiyyətə təsiri diqqətə çatdırılıb.
İnteraktiv şəkildə keçən elmi seminarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və gələcəkdə bu sahədə araşdırmaların genişləndirilməsinin vacibliyi qeyd olunub.