"Sosial mediada publisistika" mövzusunda elmi seminar

Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Kənan Novruzovun "Sosial mediada publisistika" mövzusunda elmi seminarı keçirilib.
Elmi seminarda fakültənin professor - müəllim heyəti, o cümlədən Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, həmin kafedranın müəllimləri Esmira Rövşənova, Anzulə Cəfərova və tələbələr iştirak ediblər.
Məruzəçi sosial media mühitində publisistikanın inikasından, ifadə vasitələrindən, istifadə olunan alətlərdən, habelə dəyişən trendlərdən danışıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.