Sosial media və media savadlılığı" mövzusunda elmi seminar keçirilib
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın "Sosial media və media savadlılığı" mövzusunda elmi seminarı baş tutub.
Dosent Pərvanə İbrahimova sosial media haqqında ümumi məlumat verib, onun müsbət və mənfi tərəflərindən danışıb. Media savadlılığı barədə söz açan P.İbrahimova media və savadlılıq anlayışları, onun məqsədi, bacarıq və qazancları haqqında ətraflı məlumat verib, konkret nümunələr səsləndirib. Cəmiyyətin media savadlılığının artırılması, jurnalistlərin bu istiqamətdə fəaliyyətindən bəhs edilən seminarda müvafiq təkliflər irəli sürülüb.
Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, kafedranın müəllimləri - professorlar Həmid Vəliyev, Sabir Məmmədli, dosentlər Vəfa İsgəndərova, Aytəkin Zeynalova, müəllim Günel Heydərova və Qoşqar Bəylərov mövzu ətrafında fikirlərini bildiriblər. Seminar maraqlı müzakirə və diskussiyalarla başa çatıb.