“Siyasi şərh jurnalistikanın aktual formatı kimi” mövzusunda elmi seminarı keçirilib
15 Noyabr 2023 16:37

Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının saathesabı müəllimi Kənan Novruzovun “Siyasi şərh jurnalistikanın aktual formatı kimi” mövzusunda elmi seminarı keçirilib. Seminarda fakültənin bir qrup professor – müəllim heyəti və üçüncü kurs tələbələri iştirak ediblər. K. Novruzov siyasi şərhin müasir mediada oynadığı roldan danışıb. Natiq, həmçinin sözügedən formatın səciyyəvi xüsusiyyətləri barədə məlumat verib. Ardınca kafedra müdiri Xatirə Hüseynova, professor Cahangir Məmmədli və kafedranın müəllimi Mirakif Babayev eli seminarla bağlı fikirlərini bölüşüblər. Sonda tələbələrin sualları cavablandırılıb.
Son XƏBƏRLƏR
06.11.2026 | 16:00
Respublika elmi-praktik konfransı öz işini davam etdirir
05.11.2026 | 15:10
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilir
05.11.2026 | 14:58
Konfransın bölmə iclaslarında məruzələr dinlənilib
05.11.2026 | 14:56