“Rəqəmsallaşma və yeni kommunikasiya mühiti” mövzusunda elmi seminar
Ankara Universitetinin Sosial Elmlər İnstitutunun doktorantı, BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının saathesabı müəllimi Qoşqar Bəylərovun “Rəqəmsallaşma və yeni kommunikasiya mühiti” mövzusunda elmi seminar keçirilib.
Seminarda rəqəmsallaşmanın kommunikasiya sahəsinə təsirləri, yeni media mühitinin formalaşması və müasir texnologiyaların jurnalistikadakı rolu ətraflı müzakirə olunub. Eyni zamanda, bu dəyişikliklərin cəmiyyətin informasiya məkanına gətirdiyi yeniliklər və çağırışlar barədə fikir mübadiləsi aparılıb.
Keçirilən elmi seminarda BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllim və doktorantları iştirak edərək mövzu ilə bağlı öz suallarını və təkliflərini bölüşüblər.