“Rəqəmsal əsrdə Çin yeni mediasının inkişafı” mövzusunda elmi seminar
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Song Guangxiaonun 13 noyabrda “Rəqəmsal əsrdə Çin yeni mediasının inkişafı” mövzusunda elmi seminarı keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
Kafedra müdiri, dosent Xatirə Hüseynova bildirib ki, Song Guangxiao Çinin yeni media texnologiyalarını, geniş ictimaiyyəti və media mütəxəssislərini cəlb edən məşhur platformalarını sistemli şəkildə araşdırıb.
Elmi seminarda rəqəmsal texnologiyalarının yaradılması ilə yeni medianın inkişafının və Çinin media sənayesinin modernləşdirilməsi prosesinin sürətləndirilməsindən bəhs edilib. Yeni dövrün inkişafının məhsulu olaraq və Çin iqtisadiyyatının böyük tərəqqisi ilə rəqəmsal media texnologiyası tədqiq edilməyə, həm proqram təminatına, həm də avadanlıqlarda inteqrasiya olunmağa davam edildiyi qeyd olunub.
İnteraktiv şəkildə keçən elmi seminarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.