“Rəqəmsal dövrdə şəxsi brending” mövzusunda görüş
-lg.jpg)
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Rəqəmsal dövrdə şəxsi brending” mövzusunda görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elvira Rüstəmova tələbələrlə “Şəxsi Brend Diaqnostikası” ilə bağlı vörkşop keçirib.
Tədbirdə imicin iş mühitində mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, etibar və nüfuz şəxsi brendin əsas amillərindəndir, düzgün ünsiyyət, geyim və davranış liderlik imicinin formalaşmasına təsir göstərir.
Elvira Rüstəmova sosial medianın şəxsi brendə təsirindən də danışaraq qeyd edib ki, insanların onlayn mühitdə ilk təəssüratı sosial media profilləri vasitəsilə formalaşır və bu hesablar bir növ CV rolunu oynayır.
Sonda tələbə-jurnalistlərin sualları cavablandırılıb.