Qarabağ sevgisi
Qarabağ hər bir azərbaycanlının qəlbində özünəməxsus yerə sahibdir. O yerdə Qarabağa aid bitib-tükənməyən bir sevgi yaşayır. Məhz, o sevgi sayəsində aradan 30 ilə yaxın zaman keçməsinə baxmayaraq Qarabağ heç bir zaman unudulmadı. Çünki bu illər ərzində Qarabağ bizim qan yaddaşımıza çevrilib. Elə bu yerdə bir məqama nəzər salsaq, tam da yerinə düşər. Belə ki, 30 il əvvəl Qarabağı görmədən dünyaya gələn azərbaycanlı balalarına tariximizi öyrədən, torpaqlarımızı tanıdan Azərbaycan müəllimləri oldu. Onlar 30 il ərzində usanmadan, yorulmadan bizə Vətən, torpaq və bayraq sevgisi aşıladılar. Təbii ki, milli-mənəvi dəyərlərimizin təbliği və təşkilində cənab Prezident İlham Əliyevin aparmış olduğu siyasət buna ən gözəl nümunədir. Həmçinin, Ali Baş Komandan İlham Əliyev aradan keçən illər ərzində işğal olunmuş torpaqlarımızın sülh yolu ilə geri qaytarılması üçün daim əlindən gələni edərək humanist mövqeyini ortaya qoyub. Ancaq mənfur ermənilər buna önəm verməyərək hər zaman olduğu kimi yenə qəsbkarlıq siyasətlərini dünyaya nümayiş etdirməyə başladılar. Belə olan təqdirdə bir növ bıçaq sümüyə dirənmiş oldu.
Azərbaycan dövləti Ali Baş Komandanın başçılığı altında ilk dəfə Aprel döyüşlərində əzəli torpaqlarımızı geri almağa qadir olduğumuzun siqnalını verdi. Ancaq qulaqları kar olan ermənilər bu təhlükə siqnalını duya bilmədilər. Onlar yenə heç nə olmamış kimi "kukla dövlət və kukla xalq" vəhdətilə dünya ictimaiyyəti qarşısında çıxış etməyə başladılar. Görünən odur ki, bu da bir çox dünya dövlətlərinin xoşuna gəldiyi üçün ermənilərin çaldığı hava ilə oynamağa davam etdilər. Ermənilərə arxa-dayaq olaraq onların əsassız ərazi iddialarına dəstək verdilər. Belə olan halda Azərbaycan dövlətinin səbr kasası daşmağa başladı. Ermənilərin iyul ayında Tovuz istiqamətində özbaşınalıq edərək atəşkəsi pozması səbr kasamızı daşıran son damla oldu. Yüzlərlə, minlərlə, azərbaycanlı küçələrə axışaraq "Qarabağ bizimdir, bizim olacaq!" şüarı ilə ayağa qalxdı. Artıq sülhün heç bir işə yaramadığı və müharibənin qaçılmaz olduğu ortaya çıxdı. Çünki elə bir zaman gəlib çatmışdı ki, haqq səsimizi təkcə öz qulaqlarımız yox, bütün dünya eşitməli idi. Nəhayət, sentyabr ayının 27-də Azərbaycan dövləti Ali Baş Komandının göstərişi ilə ermənilərə qarşı geniş miqyaslı əks-hücumlar təşkil etdi. Bu əks-həmlələr qısa vaxt ərzində öz effektini verdi. Suqovuşan, Cəbrayıl, Murov zirvəsi, 26 kənd və bir sıra əzəli torpaqlarımız düşmən tapdağından azad edildi. Vəziyyətin mürəkkəbləşdiyini görən erməni dığaları Paşinyan başda olmaqla qaçıb gizlənmək üçün siçan deşiyi axtarmağa başladılar. Ancaq Cənab Prezident İlham Əliyevin söyləmiş olduğu sözlərə qüvvət verərək bildirim ki, Azərbaycan ordusunun igid əsgərləri erməniləri əzəli torpaqlarımızdan iti qovan kimi qovurlar. Ordumuzun qətiyyətli addımları onu göstərir ki, tezliklə Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edərək Ən Yeni dövr Azərbaycan tarixinin əsasını qoyacaq və yer üzünə doğan günəş zəfər şəfəqlərini Qarabağda saçacaq!
Qarabağ Azərbaycandır!
Ürfət Mirzəyev,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi