Professor Tofiq Rüstəmovun 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində professor Tofiq Rüstəmovın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Professor Qulu Məhərrəmli tədbiri giriş nitqi ilə açaraq Tofiq Rüstəmovın Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərindən bəhs edib, onun yalnız peşəkar pedaqoq deyil, həm də milli mətbuatın formalaşmasında mühüm rol oynayan ziyalılardan biri olduğunu vurğulayıb.
Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr, media nümayəndələri və Tofiq müəllimin yetirmələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Tofiq Rüstəmov uzun illər Jurnalistika fakültəsində pedaqoji fəaliyyət göstərməklə yanaşı, fakültənin dekanı vəzifəsində də çalışaraq Azərbaycanda jurnalist kadrların yetişməsinə mühüm töhfələr verib.
Tədbirdə alimin yüksək insani keyfiyyətlərindən, zəngin elmi-pedaqoji fəaliyyətindən və tələbələrə göstərdiyi qayğıdan da danışılıb.
Onunla birgə çalışmış həmkarları qeyd ediblər ki, o, kollektivdə hər zaman səmimiyyəti, tələbkarlığı və prinsipial mövqeyi ilə seçilib.
T.Rüstəmovun tələbələri çıxış edərək bildiriblər ki, onun dərsləri yalnız nəzəri biliklərin öyrədildiyi məkandan ibarət olmayıb, həm də jurnalistikanın mahiyyətinin, peşə məsuliyyətinin və vətəndaş mövqeyinin formalaşdığı bir məktəb olub.
Yubiley tədbirində alimin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib,