“Print media istehsalı və texnologiyası” adlı dərs vəsaiti çap olunub
17 Fevral 2026 11:09

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Zaur Babayevin “Print media istehsalı və texnologiyası” adlı dərs vəsaiti çap olunub.
Yeni nəşr çap mediasının istehsal prosesində tətbiq olunan müasir texnologiyalar, istehsalat mərhələləri, texniki vasitələr və çap prosesinin aktual xüsusiyyətlərini əhatə edir. Dərs vəsaiti əsasən Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, eləcə də çap və nəşriyyat sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
Vəsaitdə çap məhsullarının hazırlanma mərhələləri, texnoloji proseslərin təşkili, istehsal zamanı istifadə olunan avadanlıqlar və məhsul keyfiyyətinə təsir edən amillər geniş şəkildə izah olunur. Bununla yanaşı, çap mediası sahəsində texnoloji yeniliklər və müasir istehsal yanaşmaları da materialda yer alır.
Yeni dərs vəsaiti media təhsili sahəsində tələbələrin nəzəri biliklərinin artırılması və onların praktiki bacarıqlarının formalaşdırılması baxımından mühüm mənbə hesab olunur.
Son XƏBƏRLƏR
06.11.2026 | 16:00
Respublika elmi-praktik konfransı öz işini davam etdirir
05.11.2026 | 15:10
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilir
05.11.2026 | 14:58
Konfransın bölmə iclaslarında məruzələr dinlənilib
05.11.2026 | 14:56