“Ölkə başçısının beynəlxalq media qurumlarına verdiyi müsahibələrin ən böyük önəmi ondan ibarətdir ki...”
Vüqar Zifəroğlu: “Bu çıxışlar ermənilərin Qarabağla bağlı dünya ictimaiyyətində yaratdıqları yanlış fikir və təəssüratları darmadağın etdi”
“Ölkə başçısının beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının, təxribatlarının ifşası baxımından olduqca əhəmiyyətlidir”.
Bunu Moderator.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu bildirib. Media eksperti ölkə başçısının çıxışlarının bir çox aspektdən önəmli olduğunu vurğulayıb: “Azərbaycan prezidenti dünyanın əksər aparıcı media qurumlarına regionda baş verənlərlə bağlı müsahibələr verdi. Söhbət o media qurumlarından gedir ki, onların auditoriyası kifayət qədər genişdir və onlar informasiya məkanında söz sahibidirlər. Bunlar sıradan media orqanları deyil. Bu baxımdan ölkənin birinci şəxsinin dilindən Qarabağ probleminin həlli ilə bağlı mövqeyimizin ortaya qoyulması, haqlı davamızla bağlı məqamların diqqətə çatdırılması olduqca əhəmiyyətlidir.
Beynəlxalq ictimaiyyət bu müsahibələr vasitəsi ilə Qarabağda baş verənlərlə bağlı bilavasitə prezidentimiz dilindən əsl həqiqətləri eşitdi. Ölkə başçısının çıxışları ermənilərin Qarabağla bağlı dünya ictimaiyyətində yaratdıqları yanlış fikir və təəssüratları darmadağın etdi. Bu isə dünyanın əsl həqiqətdən xəbərdar olması, obyektiv şəkildə məlumatlanması və s. baxımından olduqca önəmli və əhəmiyyətlidir”.
https://www.moderator.az/news