Növbəti elmi seminar
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın “Data jurnalistikasının vizuallaşma mərhələsinin özəllikləri” mövzusunda elmi seminarı keçirilib.
Giriş sözü ilə çıxış edən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova doktorantın elmi fəaliyyəti ilə bağlı seminar iştirakçılarını məlumatlandırıb.
V.İsgəndərova “Data jurnalistikasının vizuallaşma mərhələsinin özəllikləri” mövzusu ilə çıxış edib. Bildirib ki, data jurnalistikası müasir media məkanında geniş yayılmış bir trenddir. O, həm ənənəvi mediada, həm də yeni mediada özünü göstərir. Dataya əsaslanan məhsulları hazırlanmasının üçüncü mərhələsi olan vizuallaşma bu prosesdə ən vacib elementlərdəndir. Vizuallaşma məlumatların mənasını güclü və təsirli bir şəkildə çatdırmağa kömək etmək üçün bir sıra məlumat və onu müşayiət edən vizuallaşdırma ətrafında bir hekayə qurma təcrübəsidir. Vizuallaşdırma əsasən auditoriyanın məlumatları təhlil etməsi üçün vacibdir.
Məruzəçi ən yaxşı vizuallaşma proqramları, növləri, onların istifadə mexanizmləri, ümumiyyətlə, müxtəlif media subyektləri üçün məlumatların vizuallaşdırılımasının təkmilləşdiriməsi üsullarından danışıb.
Seminarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Elmi təşkilati şöbənin əməkdaşı Məleykə Rzayeva, fakültənin müəllimləri, prof.Həmid Vəliyev, prof.Sabir Məmmədli, dos.Sevil Həsənova, dos.Qərənfil Quliyeva, dos.Aygün Əzimova, Arzu Məmmədova, Günel Heydərova və digər doktorantlar iştirak ediblər.
Elmi seminar mövzu ətrafında diskussiya ilə yekunlaşıb.