“Müstəqilliyin Bərpası Günü”nün 30-cu ildönümü qeyd olunub
Jurnalistika fakültəsində “Müstəqilliyin Bərpası Günü”nün 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan dekan müavini Samir Mirzəyev hər kəsi əlamətdar gün münasibəti ilə təbrik edib, Şanlı günün tarixi ilə bağlı tələbələri məlumatlandırıb. O, əlamətdar günün adının dəyişdirilməsindən və Vətən müharibəsində qazandığımız qələbədən sonra daha ehtişamlı göründüyünü diqqətə çatdırıb.
Daha sonra fakültənin birinci kurs tələbələrinin hazırladıqları “Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev və müstəqil Azərbaycan”, “1918-ci il Azərbaycan Xalq Cumhuriyyəti”, “44 günlük Vətən müharibəsi”, “20 Yanvar faciəsi” mövzularında çıxışlar dinlənilib.
Tarix müəllimi Xumar Səfərovanın təşkilatçılığı ilə keçirilən tədbir maraqlı diskussiyaların aparılması ilə yekunlaşıb.