“Müstəqilliyə gedən yol” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin və Tələbə Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyə gedən yol” adlı tədbir keçirilib.
Əvvəlcə Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Günel Abbasova çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. Bildirib ki, Müstəqillik Günü artıq 4 ildir ki, Azərbaycanda işğaldan azad olunan Qarabaq torpağında da qeyd olunur.
Sonra Tələbə Elmi Cəmiyyətinin sədr müavini Əsgər İsmayılov çıxış edərək, Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu, Müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyini qeyd edib.
Fakültənin tələbələri Emil Nağızadə, Banuçiçək Kalbalıyeva, vətənpərbərliyə dair yazdığı şeiri səsləndiriblər.
Tədbir elmi məruzələr və bədii çıxışlar ətrafında fikir mübadilələri və müzakirələrlə davam edib.