“Müasir Türk Dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn elmi konfrans keçirilib
Bakı Dövlət Universiteti və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir Türk Dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Bakı Dövlət Universitetinin bir çox xarici universitetlərlə əməkdaşlığına diqqət çəkib. Bildirib ki, artıq BDU Jurnalistika fakültəsi və Üsküdar Universitetinin İletişim fakültəsi arasında ikili diplom məsələsi ilə bağlı danışıqlar son mərhələdədir. Üsküdar Universitetinin İletişim fakültesinin dekanı Süleyman İrvan, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev də çıxışlarında ikili diplomla bağlı son danışıqların aparıldığını bildiriblər. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə Türkiyə və Azərbaycan arasında media sahəsindəki əməkdaşlığın elmi konfrans səviyyəsində davam etdirilməsinin vacibliyinə diqqət çəkib.
Konfrans bölmə iclasları ilə davam edib. Qeyd edək, çıxışçılar arasında BDU və Üsküdar Universitetinin professor və müəllim heyəti ilə yanaşı, Azərbaycan, Türkiyə və Türkdilli ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri də var.