“Molla Nəsrəddin izləri" adlı intellektual kvest oyunu keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görkəmli publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 160 illik yubileyi münasibətilə “Molla Nəsrəddin izləri" adlı intellektual kvest oyunu keçirilib.
Fakültə Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə keçirilən oyunda tələbələr böyük satirikin həyat yolu, yaradıcılığı və xüsusilə “Molla Nəsrəddin” jurnalının ideyaları ilə bağlı maraqlı sualları cavablandırıb, müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər.
Həmçinin tələbələr kvest zamanı maraqlı və maarifləndirici atmosferdə əyləniblər və onlarda milli mətbuata dərin maraq yaranıb.
İntellektual kvestin sonunda tələbələr fakültə rəhbərliyi tərəfindən sertifikatlarla təltif ediliblər.