Milli mətbuat tarixi kafedrasında elmi seminar
-lg.jpg)
Jurnalistika fakültəsində Milli mətbuat tarixi kafedrasının müəllimi f.ü.f.d Ruxsarə Məmmədovanın “Professor Nəsiman Yaqublunun tədqiqatlarında mətbuatın ictimai-siyasi şüura təsiri problemi” mövzusunda elmi seminar keçirilib.
Milli mətbuat tarixi kafedrasının professor və müəllim heyəti, fakültənin tələbələrinin iştirak etdiyi seminarda məruzəçi Ruxsarə Məmmədova bildirib ki, professor Nəsiman Yaqublu Azərbaycan mətbuatı tarixi, mühacirət mətbuatı, Azərbaycan Cümhuriyyəti dövrü, unudulmuş ziyalıların irsindən bəhs edən kitabların, dərs vəsaitlərinn müəllifidir.
Nəsiman Yaqublunun tədqiqatlarından danışan R.Məmmədova müəllifin əsərlərində ictimai-siyasi düşüncənin təkcə dövlət qurumlarının deyil mətbuatın, ziyalıların, vətəndaş cəmiyyətinin birgə səyləri nəticəsində formalaşdığını da nəzərə çatdırdı. Nəsiman Yaqublunun tədqiqatlarında millilik, dövlətçilik, milli özünüdərk mövzuları aktual olaraq qalır. Professorun tədqiqatları göstərir ki, mətbuatın ictimai-siyasi şüura təsiri yalnız xəbərlərin, hadisələrin ötürülməsi ilə məhdudlaşmır, tarix, milli kimlik, milli yaddaş və ideologiya sahələrini əhatə edir. O, mətbuatı ictimai-siyasi şüurun formalaşmasında vacib institut kimi görürdü. R. Məmmədova qeyd edib ki, professor N.Yaqublunun tədqiqatları klassik milli mətbuatımızı öyrənmək baxımından əhəmiyyətli mənbədir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.