Milli mətbuat tarixi kafedrasında elmi seminar
23 Aprel 2026 15:34

Milli mətbuat tarixi kafedrasının doktorantı və müəllimi Mahir Qəribovun “Əhməd bəy Ağaoğlunun mətbu fəaliyyəti və jurnalistika görüşləri” mövzusunda elmi seminarı keçirilib.
Seminar zamanı Mahir Qəribov çıxış edərək Əhməd bəy Ağaoğlunun Türkiyə ictimai fikir tarixindəki rolunu və ideoloji baxışlarını təhlil edib. O, eyni zamanda Ağaoğlunun fəaliyyəti barədə ətraflı məlumat verib, məktublarından seçilmiş fikirləri tələbələrlə bölüşüb.
Sonda Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli maraqlı məqama toxunub.
O bildirib ki, “Azərbaycan türkcəsi” ifadəsinin işlədilməsi təsadüfi deyil: “Azərbaycan dili” anlayışı ümumi yanaşmanı ifadə etsə də, “Azərbaycan türkcəsi” türk xalqları ilə bağlılığı vurğulayır və bu, bütövlüyümüzün rəmzidir.
Seminar interaktiv şəkildə, tələbələrin sual-cavabı əsasında yekunlaşıb.
Son XƏBƏRLƏR
17.07.2026 | 13:01
“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
08.07.2026 | 14:22
“İctimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq
07.07.2026 | 12:51
Sosial media ilə bağlı yeni tələblər və yeni dərslik
06.07.2026 | 14:31
Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır
06.07.2026 | 13:21