Milli mətbuat tarixi kafedrasında elmi seminar keçirilib
Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasında elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva açaraq kafedranın doktorantı Nuranə Həsənova haqqında məlumat verib.
Doktorant “Azərbaycan” qəzetinin səhifələrində tarixi dəyərlərin bərpası məsələləri (1989-1995-ci illər)” mövzusu ilə çıxış edib.
O, məruzədə “Azərbaycan” qəzetinin yaranmasından, fəaliyyəti ilə müstəqil dövlətçilik ideyalarını təbliğ etməsindən, milli dəyərlərimizi qoruyub saxlamasından bəhs edib.
Özünəqayıdış, özünüdərk prosesində milli varlığımızın daşıyıcısı olan bir çox problemlər ilə bağlı məsələlərin digər mətbu orqanlar kimi “Azərbaycan” qəzetinin də aparıcı problemlərindən birinə çevrildiyini qeyd edib. Bundan əlavə, məruzədə Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, tarixi dəyərlərin bərpasına həsr edilən məqalələr şərh edilib, ölkənin ictimai-siyasi, mədəni, mənəvi həyatını əks etdirən yazılar təhlil edilib.
Elmi seminarda Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, dosentlər Sima Rəhimova, Aygün Əzimova, Qərənfil Quliyeva, müəllimlər Elmira Həsənova, Günay Məmmədova, Afaq Ağayarova iştirak ediblər və mövzunun aktuallığı ilə bağlı fikirlərini bildiriblər. Sonda professor Cahangir Məmmədli doktorantın mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək elmi işlərində uğurlar arzulayıb.