Millət vəkili Rüfət Quliyev tələbələrə ustad dərsi keçib

Milli Məclisin IV çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Jurnalistika fakültəsində tələbələrə ustad dərsi keçib.
O, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının saathesabı müəllimi Kənan Novruzovun tədris etdiyi "Media iqtisadiyyatı" fənnində mühazirə oxuyub.
R.Quliyev hazırda dünya ölkələri üçün iqtisadiyyatın oynadığı mühüm roldan bəhs edib və Azərbaycanın mövcud iqtisadi durumu barədə danışıb. Professor Yaxın Şərqdə və Şərqi Avropada davam edən müharibələr fonunda mümkün infkyasiya risklərindən də söz açıb.
Həmçinin qeyd edib ki, Azərbaycan hazırda dünyada baş verən hadisələrlə bağlı neytrallığını davam etdirir, milli və dövlətçilik maraqlarını əsas götürür.
Mühazirənin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.