Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətlə görüş
Əməkdar jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Bayraqdar medianın (bayraqdar.info) baş redaktoru Azər Həsrət Jurnalistika fakültəsinin ingilis bölməsinin tələbələri ilə görüşüb.
Fakültənin dekanı Vüqar Əliyev qonaqla bağlı tələbələri məlumatlandırıb.
Çıxış edən Azər Həsrət beynəlxalq təşkilatların media azadlığı, media etikası, onlayn etika və özəlliklə də jurnalist məsuliyyət ilə bağlı fikirlərini tələbələrlə bölüşüb. Eyni zamanda əcnəbidilli jurnalistlərə böyük ehtiyac olduğu vurğulayıb, xarici ölkələrin aparıcı media orqanları ilə iş təcrübəsi barədə danışıb.
A.Həsrət hazırda mətbuatda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılmasından da bəhs edib.
Diskusiyya şəklində keçən görüş tələbə-jurnalistlərin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.