MEDİA və BDU yeni layihələrə başlayır
30 Mart 2022 14:52

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovla görüşüb.
Görüşdə əsas məsələ media üçün gənc, peşəkar mütəxəsislər hazırlamaq olub. Həmçinin, BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin peşəkarlığını artırmaq üçün gələcəkdə baş tutması planlaşdırılan ortaq layihələrdən də bəhs edilib. Keçirilməsi planlaşdırılan layihələrlə tələbələrin təcrübi biliklərinin artırılması, onlara praktiki fəaliyyətin aşılanması nəzərdə tutulub.
Son XƏBƏRLƏR
06.11.2026 | 16:00
Respublika elmi-praktik konfransı öz işini davam etdirir
05.11.2026 | 15:10
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilir
05.11.2026 | 14:58
Konfransın bölmə iclaslarında məruzələr dinlənilib
05.11.2026 | 14:56