“MediaPulse” təcrübə proqramının qonağı aparıcı Jalə Həsənli olub

Bakı Dövlət Universitetinin (BDU) “BDU Könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatıçılığı ilə “MediaPulse” təcrübə proqramının növbəti qonağı televiziya aparıcısı Jalə Həsənli olub.
Tədbiri giriş sözü ilə Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev açıb.
Sonra fakültənin dekanı Vüqar Əliyev qonağın televiziya sahəsindəki fəaliyyəti və peşəkar təcrübəsinin əhəmiyyəti barədə danışıb.
Daha sonra Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova çıxış edərək Jalə Həsənlinin televiziya sahəsindəki təcrübəsinin tələbələr üçün faydalı olduğunu vurğulayıb və iştirakçıları görüşdən maksimum yararlanmağa çağırıb.
Qonaq tələbələrlə öz peşəkar təcrübəsini bölüşüb, televiziya və media sahəsinin incəlikləri, eləcə də bu sahədə uğur qazanma yolları barədə fikirlərini bölüşüb.
O, çıxışının sonunda tələbələrə uğurlar arzulayaraq nəzəri biliklə yanaşı praktiki təcrübəyə daha çox önəm verməyin vacibliyini xüsusi olaraq vurğulayıb.
Tədbir interaktiv müzakirə formatında davam edib