“MediaPulse” təcrübə proqramının növbəti qonağı Rauf Şirinov olub

Bakı Dövlət Universitetinin (BDU) “BDU Könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatıçılığı ilə “MediaPulse” təcrübə proqramının növbəti qonağı, Radio və TV aparıcısı Rauf Şirinov olub.
Görüş zamanı jurnalist radio və televiziyada qazandığı təcrübəni tələbələrlə bölüşərək, gələcəkdə bu sahədə uğur qazanmaq istəyən gənclərə tövsiyələr verib.
O bildirib ki, jurnalistika fakültəsinə daxil olan tələbələr artıq bu sahənin peşəkarları ilə həmkar kimi formalaşmağa başlayırlar və auditoriya qarşısında çıxış böyük məsuliyyət tələb edir.
Aparıcı tələbəlik illərindən etibarən İctimai Televiziyada könüllü fəaliyyət göstərdiyini, teatr, kino və reportaj hazırlığı sahəsində ilk təcrübələrini məhz bu dövrdə qazandığını vurğulayıb. Jurnalistikanın çoxşaxəli peşə olduğunu vurğulayaraq, bu sahənin insana eyni anda aparıcı, köşə yazarı və bloqer kimi fəaliyyət göstərmək imkanı verdiyini deyib.
Görüş interaktiv müzakirə formatında keçib, tələbələrin sualları cavablandırıldı və sonda xatirə fotosu çəkilib.